25 Sentyabr, 2012
Hava yenidən isinir

Paytaxtda 28 dərəcə isti gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, günün birinci yarısında arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Sentyabrın 25-dən 27-dək Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!