25 Sentyabr, 2012
Urmiya - Naxçıvan yeni avtobus marşrutu açıldı

.

Urmiya və Naxçıvan şəhərləri arasında yeni avtobus reysi fəaliyyət göstərəcək.

Bu barədə Simsar.az-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Qərbi Azərbaycan əyalətinin Terminallar üzrə Baş Nəqliyyat İdarəsinin rəsmisi bildirib ki, Poldəşt keçid məntəqəsinin fəaliyyətə başlaması ilə yeni avtobus reysi də öz fəaliyyətinə başlayacaq.

İran mediasının məlumatına görə, bu marşrut üzrə Poldəşt keçid məntəqsi ilə sutkada 160 sərnişinin daşınması nəzərdə tutulub. Bu rəqəmin gələcəkdə 320 nəfərə qədər artacağı gözlənilir.

Poldəşt keçid məntəqəsi vasitəsi ilə sərnişinlərin gediş-gəlişi onlar üçün xərclərin 80 faizə qədər azalmasına səbəb olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!