24 Sentyabr, 2012
TQDK rezidenturaya yenidən qəbul keçirir

Müsabiqədə iştirak etmək istəyən namizədlər şəxsiyyət vəsiqəsini, şəxsiyyət vəsiqəsinin surətini və iş nömrələrini təqdim edəcəklər



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün rezidenturaya keçirilən müsabiqənin nəticələrinə əsasən I istiqamət (Müalicə işi, pediatriya) üzrə boş qalmış 14 plan yerinə yerləşdirmə üçün yenidən müsabiqə edib.
Komissiyadan Simsar.az-a verilən məlumata görə, boş plan yerləri Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, Respublika Psixiatriya Xəstəxanası və Naxcıvan Dövlət Universitetində qalıb.
Bu müsabiqədə 70-130 intervalında olan namizədlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər şəxsiyyət vəsiqəsini, şəxsiyyət vəsiqəsinin surətini və iş nömrələrini təqdim etməklə sentyabrın 25-i saat 10:00-dan sentyabrın 26-sı saat 17:00-dək TQDK-ya müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikasında yaşayan namizədlər TQDK-nın Naxçıvan regional bölməsinə müraciət etməlidirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!