24 Sentyabr, 2012
Hər il 1,5 milyon insan kibercinayətkarlığın qurbanı olur

İqtisadi itkilər 1 milyard civarındadı

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyi "Kibertəhlükəsizlik haqqında" Konvensiyanın hazırlanması üzrə məsləhətləşmələr aparır. Simsar.az xəbər verir ki, məsələ ilk dəfə ITU-nun baş katibi Hamadun Turenin Azərbaycana ötənilki səfəri çərçivəsində qaldırılıb. Hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr ITU Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyi arasında aparılır. Layihəyə Azərbaycanın Cenevrədəki səfirliyi də cəlb edilib.

BMT-nin məlumatına görə, hər il 1,5 milyondan artıq insan internet vasitəsilə şəxsi məlumatların oğurlanmasının qurbanı olur. Belə cinayətkar fəaliyyətdən iqtisadi itkilər 1 milyard ABŞ dolları həcmində dəyərləndirilir.

Bu gün kibercinayətkarlıq dövlətin təhlükəziliyinə ciddi təhdiddir və enerji sistemlərinin, hava nəqliyyatının və hətta nüvə obyektlərinin işinin pozulmasına səbəb ola bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!