22 Sentyabr, 2012
Mehriban Əliyeva “COMMONIST” müasir incəsənət sərgisinin açılışında iştirak edib

.

Sentyabrın 21-də “YARAT!” Müasir İncəsənət Məkanında “COMMONIST” layihəsi çərçivəsində multikulturalizm mövzusuna həsr olunmuş sərgi açılıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Sərgidə həyəcanlandırıcı mövzuya tamamilə müxtəlif baxışlarını əks etdirən 19 rəssamın işi nümayiş olunur. Layihənin “COMMONIST” adı hər hansı siyasidən çox, daha geniş, universal mənaya çağırış edir. “COMMONIST” sağ və ya sol baxışlara malik vətəndaş deyil, insan birgə yaşayışının dəyişən qaydaları ilə barışmaq məcburiyyətində olan vətəndaşdır. O, öz mülahizələrində ümumbəşəri dəyərləri rəhbər tutur.

Sərgi oktyabrın 22-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!