21 Sentyabr, 2012
Rezidenturaya qəbul olanların qeydiyyatı başa çatdı

.

Azərbaycanda 2012-2013-cü il üçün rezidenturaya daxil olanların qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Simsar.az-a verdiyi məlumata görə, rezidenturaya daxil olanların qeydiyyatı sentyabrın 17-dən 21-dək aparılıb. Bu müddətdə qeydiyyatdan keçməmək namizədin yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib.
Qeyd edək ki, bu il rezidentura üçün ayrılmış 514 plan yerinə 492 nəfər qəbul olunub. Onlardan 432 nəfəri Azərbaycan, 60 nəfəri rus bölməsi üzrə qəbul olub. Qəbul planı 95,72 faiz yerinə yetirilib. Rezidenturanın boş qalmış yerlərinə keçirilən müsabiqədə isə 8 nəfər qalib hesab edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!