21 Sentyabr, 2012
Dini Qurumlarla iş üzrə Komitə müsabiqə elan edib

Qalibə 500 manat pul mükafatı təqdim olunacaq



Bugün Beynəlxalq Mətbuat Mərkəzində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin loqosunun müəyyən edilməsi və yeni rəsmi saytının müəyyən edilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli loqo müsabiqəsinin Müasir İnkişaf İctimai Birliyinə həvalə olunduğunu bildirib.
İctimai Birliyin sədri Mübariz Göyüşlü loqo müsabiqəsinin şərtləri barədə danışıb: “Loqo Azərbaycanda müxtəlif dinlərin mövcudluğunu əks etdirməli, dövlətin tolerantlıq modelini tərənnüm etməlidir. Müsabiqədə 35 yaşa qədər gənclər iştirak edə bilər. Loqonun eskizi A4 formatlı kağızda və CD diskində təqdim edilməlidir. Müsabiqənin şərtlərinə görə qalibə 500 manat pul mükafatı təqdim olunacaq”
Rəsmi saytın isə oktyabrın sonuna hazır olacağı gözlənilir. Bundan sonra vətəndaşlar sayt vasitəsi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin müraciət edə biləcək: “Hələlik isə Komitənin Facebook və Twitter səhifəsindən məlumat ala bilərlər”.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!