21 Sentyabr, 2012
“İRƏLİ” "Rəqs Klubu" layihəsinə start verir

.

“İRƏLİ” Mədəniyyət və İncəsənət Mərkəzi rəqslərə marağı olan gənclər üçün yeni layihə - "Rəqs Klubu"na start verib. Bu barədə Simsar.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Klubun məqsədi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, mədəni inkişaflarının təmin olunması, onların milli və dünya rəqsləri haqda məlumatlandırılmasıdır.
"Rəqs Klubu"nun fəaliyyəti çərçivəsində rəqs dərslərinin, festivalların keçirilməsi planlaşdırılıb. Rəqs klubunda milli, avropa, latın-amerikan, müasir və digər rəqslərin təlimi təşkil olunacaqdır. İlk olaraq “Argentina tangosu” dərslərinin keçirilməsi nəzərdə tutulub.
Dərslər peşəkar rəqqaslar tərəfindən keçiriləcək. Layihə 2 ay müddətində davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!