18 Sentyabr, 2012
Sabirabadda 4 məktəbin açılışı olub


Millət vəkili Ceyhun Osmanlı açılışlarda iştirak edib

Yeni dərs ilində Sabirabad rayonunda Nizami Gəncəvi adına 5 saylı şəhər, Eynulla Nadirov adına 8 saylı şəhər, Nərmankənd kənd, Yuxarı Axtaçı kənd orta məktəbləri əsaslı təmirdən sonra şagirdlərin ixtiyarına verilib.
Simsar.az-ın məlumatına görə, maddi texniki bazası yeniləşən məktəbdə keyfiyyətli təhsil üçün hər cür şərait yaradılıb.
Hər bir məktəbin açılışında millət vəkili Ceyhun Osmanlı iştirak edib.

C.Ocmanlı qeyd edib ki, məktəblərdə yaradılan şərait dövlətin təhsil siyasətinin uğurlu göstəricisidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!