17 Sentyabr, 2012
Elmar Hüseynov: “Müsəlmanların günahı...”

“Allah bundan betərindən qorusun...”

Bu günlərdə dünyanı bir-birinə qatan yeni hadisə baş verdi. Amerikalı Sem Beysl ləqəbi ilə tanınan fırıldaqçı rejissor yəhudi əsilli Nakoula Basseley Nakoulanın çəkdiyi “Müsəlmanların məsumiyyəti” filmi, doğrusunu desək, müsəlmanlara və onların müqəddəs peyğəmbərinə qarşı atılmış ən böyük təhqiramiz addım idi. Bəs bu hadisə başqa dinlərdən olanların müsəlmanlara və onların müqəddəs hesab etdiklərinə qarşı edilən ilk həqarət idimi? Əlbəttə yox.
Buna nəzər yetirmək üçün bir az tarixə baş vurmalı olacağıq.
İlk olaraq Məhəmməd Peyğəmbərin dövründə də müsəlmanlara qarşı təhqirlər, həqarətlər var idi. Sonradan məhz buna görə müsəlmanlığı qəbul edənlər Məkkədən Mədinə şəhərinə köçməli oldular. Ancaq İslam Ərəbistanda qalib gələndən sonra, Peyğəmbəri və onun tərəfdarlarını təhqir edənlər İslam dinini qəbul edib, müsəlman olduqları üçün nə təhqir edildilər, nə də aşağılandılar.
Bundan sonra müsəlmanlar 17-ci əsrin sonlarına qədər dünyada böyük gücə çevrildilər. Elə buna görə də istər ateist, istər buddist, istər musəvi və xristianlar min illk hökmranlığı qəbul və həzm edə bilmədilər.
Osmanlı İmperiyası yıxıldıqdan sonra Amerika yeni dünya düzəni adı altında allahsızlara, yəhudi və xristianlara qucaq açdı. Ali məqsəd müsəlman ölkələrinə qaşı savaş açmaq oldu. Müsəlmanlar yaşayan ölkələrdə istilalar, müharibələr aparıldı, insanlar kütləvi soyqırıma məruz qaldılar. Artıq 100 ildir ki, başda Amerika olmaqla bu siyasət davam edir. Hər dəfə də fərqli şəkildə. Amma müsəlmanların yaşadığı ölkələr nə oyanış baş verir, nə də ki müsəlmanlar İslami ideyalar uğrunda birləşə bilir.
Amerika və Qərb dövlətləri bunu yaxşı bildiyi üçün 1948-ci ildə Orta Şərqdə yeni bir dövlət yaratdılar. Bu gələcəkdə müsəlmanları təhdid edəcək İsrail dövləti idi. Böyük güclər bu ölkəni qısa müddətdə tanıyıb, müsəlmanların müqəddəs şəhəri olan Qüdsə sahib çıxdılar. Halbuki, Səlib yürüşləri zamanı xristianlar və yəhudilər bunu edə bilməmişdilər.
Bundan sonra ssenari fərqli şəkildə davam etdirildi. Müsəlmanların yaşadığı Liviya, Əlcəzayir, Sudan, Konqo kimi Afrika ölkələrində, İran, İraq kimi Orta Şərq ölkələrində, Əfqanıstan və Pakistan kimi Şərq ölkələrində ya istilalar aparılır, ya da qonşu dövlətlərdən birini qızışdırıb bu ölkələrdən birinin üstünə salırdılar.
Beləliklə hegemonluğunu itirən müsəlman ölkələri hər yerdə qan gölündə boğulmağa başladı. Kimisi terrrorla, kimisi qonşu ölkənin təcavüzü ilə, kimisi də vətəndaş müharibəsi ilə. Ancaq yenə də son yüz il ərzində müsəlman ölkələrində oyanış olmadı ki, olmadı. Halbuki, bu gün də Amerikanı, Qərb ölkələrini və inkişf etmiş digər ölkələri iqtisadi cəhətdən ayaqda saxlayan müsəlman ölkələrinin neftidir.
“Müsəlmanlar günah içindədi... Səbəbsə çox sadədir... Ona görə ki, məhz müsəlmandırlar. Allahları tək, peyğəmbərləri Məhəmməd, dinləri İslam, kitabları “Quran”dır... İnsan təhqir oluna bilməz, amma müsəlmandırsa ola bilər... Müsəlmanları təhqir et, onları söy, dinməyəcəklərsə müqəddəs hesab etdiklərini təhqir et... Onlar insan deyil, terrorist, kamikadzedilər... Beyinləri Cənnət sevgisi ilə yuyulub... Müsəlmanlar günah içindədi... ona görə ki, müsəlmandırlar...” – bu ifadələr Amerikanın – amerikalının, Qərb ölkələrinin – avropalının, ateistin, buddistin, satanistin... və daha kimin bəzən üzümüzə dediyi, deyə bilməsə belə, ürəyindən keçirdiyi fikirlərdir.
Burda bir haşiyəyə çıxmaq istəyirəm.
“Bir bəzirganın karvanını bir dəfə quldurlar soyur. Bu bəzirgan da həmin yolla geri qayıdacağı üçün igid pəhləvan axtarır ki, quldurların hamısının cavabını verə bilsin. Soraqlayıb nəhayət, belə birisini tapır. Amma deyirlər ki, bunun bir eyibi var. Deyir eyibi nədir? Deyirlər yeyib-içib yatar. Bizləməsən qalxmaz. Bəzirgan əlacsız qalıb razılaşır. Beləcə, karvan yola düzəlir. Yenə quldurlar karvana hücum çəkir. Hər kəsi əsir alırlar. Quldurbaşı bəzirgana deyir ki, bəs bilmirdin biz sənin karvanını soyacağıq, nə üçün özünlə bizim cavabımızı verəcək birini gətirmədin? Bəzirgan gətirmişəm deyib, pəhləvanı göstərir. Quldurbaşı pəhləvana nə edirsə, pəhləvan yerindən tərpənmir. Nəhayət, bəzirgana deyir bəs buna nə edək ki, ayağa qalxıb gücünü göstərsin? Bəzirgan bizi verib deyir ki, alın, pəhləvanı bizləyin. Quldurbaşı pəhləvanı bizləyəndə pəhləvan necə hirslənirsə, bütün quldurları xurd-xəşil eləyir”.
İndi keçək müsəlmanların “bizlənməsi məsələsi”nə. Artıq Amerika və Qərb ölkələri bu prosesə başlayıb. Amma müsəlmanlar heç qalxana oxşamır. Hardasa anası fahişə, atasını tanımayan bic müsəlmanların heysiyyatı ilə oynamaq üçün hər addımda onun müqəddəs saydığını təhqir etməyə başlayıb. İlk öncə peyğəmbərin karikaturasın çəkməklə start verilən bu iş, sonra “Quran”ın yandırılması ilə davam etdirildi. Ötən həftə isə “Müsəlmanların məsumiyyəti” filmi ilə Məhəmməd Peyğəmbər çox pis şəkildə təhqir olundu. Amma bir neçə müsəlman ölkəsindən başqa heç bir ölkədən səs çıxmadı.
Səsini qaldıran ölkələr isə Amerikanın səfirliklərini yandırmaqla advekat cavab verdilər. Halbuki səfirliklərin yandırılması və səfirin öldürülməsi çıxış yolu deyildi.
Çıxış yolu isə filmin rejissoru, ssenaristi və 80 nəfərlik heyətin cəzalanmasıdır. Milyonlarla pulu, terroristi və kamikadzesi olan müsəlman ölkələrinin şeyxləri və axundları nədənsə filmin heyətinin cəzalanması üçün səy göstərmədilər.
Burdan da belə nəticəyə gəlmək olar ki, hələ müsəlmanlar çox bizlənəcək. Çünki biz də daxil olmaqla müsəlmanların heç biri əsl müsəlman olmağı bacarmır.
Sonda Allah bundan betərindən qorusun deməkdən başqa çıxış yolumuz qalmır...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!