13 Sentyabr, 2012
Eldar Qasımov “I`m free” klipini təqdim etdi

“...musiqi azadlıqdan bəhs edir”


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Eurovison” 2011 müsabiqəsinin qalibi Eldar Qasımovun “I`m free” klipinin təqdimatı keçirilib. Simsar.az-ın məlumatına görə, klip Ukraynanın Kiyev şəhərində çəkilib. Eldar Qasılmovun sözlərinə görə, klip şəkilişləri üçün rejissorlar arasında tender elan olunub və onlardan biri klipin rejissoru olub.
Mahnını Eldar Azerlife Music Entertainment prodüsser mərkəzi ilə birgə yazıb. Musiqiylə bağlı danışan Eldar Qasımov vurğuladı ki, bu mahnı onun üçün keçmişdən azad olmaqdır: “Mən mahnılnı dinləyənmdə fikirləşdim ki, bu musiqi nədən danışır? Qərara gəldim ki, bu musiqi azadlıqdan bəhs edir. Ona görə də mahnının adı “I`m free” oldu. Bu mahnı mənim üçün keçmişdən, hisslərdən azad olmaqdır”.
İfaçı bildirib ki, klipdəki tərəf müqabili ukraynalı aktriasıdr ki, onu bir neçə xanımın arasından seçiblər.
Mahnının Azərbaycan dilində versiyasına gəlincə isə E. Qasımovb bildirib ki, bu mahnının azərbaycanca versiyası olmayacaq: “Elə mahnılar var ki, onları bizim dilimizə tərcümə etmək olmur. Ona görə də bu mahnının azərbaycanca versiyası olmayacaq. Amma İsa Məlikovun müəllifi olduğu mahnıları ifa edəcəm”.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!