30 Avqust, 2012
İlham Əliyev Minskdə Qələbə şərəfinə ucaldılmış abidəni ziyarət edib

Azərbaycan prezidenti abidənin önünə əklil qoyub

Azərbaycan prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbə şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!