28 Avqust, 2012
QİÇS-dən dəhşətli xəstəlik aşkar olundu

Bu xəstəlik QİÇS-lə çox oxşardı

Elm adamları onlarla insanın yoluxduğu yeni xəstəlik kəşf edib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, adıçəkilən xəstələr Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) simptomları aşkarlanan yeni xəstəlik QİÇS-lə oxşar olsa da, onlar eyni xəstəlik deyil. Bu xəstəlik də insanlarda immun sisteminin zəifləməsinə səbəb olur. Yeni xəstəliyin yayılma formasının isə fərqli olduğu bildirlir. QİÇS bədəndə immun sistemini təmin edən hüceyrələri məhv etdiyi halda, yeni xəstəlik bədəndə immun sistemi yaradan hüceyrələri məhv edir.
Mütəxəssislər bildirib ki, 2004-cü ildən Tayland və tayvanda rast gəlinən xəstəlik barədə hazırlanan hesabat ötən həftə “New England Journal of Medicine” jurnalında nəşr olunub. Bu xəstəliyə yoluxanların orta yaş həddinin 50 olduğu bildirlir.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!