28 Avqust, 2012
İqtisadi İnkişaf Nazirliyindən açıqlama: “Çörəyin qiymətində artım yoxdur”

"Unun qiymətlərində kiçik artım son vaxtlar dünya bazarlarında buğdanın bahalaşması ilə bağlıdır"

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi son monitorinqlər zamanı ölkə ərazisində buğda ununun qiymətlərində cüzi artım qeydə alınıb. Nazirlikdən Simsar.az-a verilən məlumata görə "Unun qiymətlərində kiçik artım son vaxtlar dünya bazarlarında buğdanın bahalaşması ilə bağlıdır", - nazirlikdən deyiblər.
Bununla yanaşı, monitorinqlər zamanı çörək istehsalı müəssisələri və pərakəndə ticarət obyektlərində çörəyin qiymətlərində artım aşkar olunmayıb.
Dövlət Xidməti un və çörəyin qiymətləri ilə bağlı monitorinqləri davam etdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!