28 Avqust, 2012
Şekspirin “Dark Lady”isinin sirri açıldı

“Dark Lady” məşhur şairin 127-152-ci sonetlərindəki 3 baş qəhrəmandan biridir 

İngilis şairi Uilyam Şeksprin sonetlərindəki əsrarəngiz obraz “Dark Lady”nin (qaranlıq xanım) Londonda fahişəxana işlədən bir qadın olduğu məlum olub. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Chichester universitetinin müəllimi Dunkan Salkeld araşdırmalarından sonra bu qənaətə gəlib. O bildirib ki, məşhur şairin 127-152-ci sonetlərindəki 3 baş qəhrəmandan biri olan “Dark Lady” əslində “Lucy Negro” və “Black Luce” adları ilə tanınan fahişəxana sahibi və fahişə imiş.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!