28 Avqust, 2012
Bu gün Obamanın rəqibi rəsmən bilinəcək

Respiblikaçılar Partiyası Mitt Romneyin namizədliyini təsdiqləyəcək

ABŞ-da noyabrın 6-da keçiriləcək prezident seçkilərinə qatılmaq istəyən Mitt Romneyin namizədliyi bu gün Respiblikaçılar Partiyasının qurultayında rəsmən təsdiqlənə bilər.

3 gün davam edəcək qurultayda 50 min şəxs iştirak edəcək.

Respiblikaçılar Partiyası Romney ilə yanaşı partiya başqanının köməkçisi Paul Ryanın da namizədliyini müzakirə edəcək.

Romneyin üstünlüklərindən biri Amerikanın iqtisadi durumunu yaxşılaşdırmaq üçün səsləndirdiyi təkliflərdi. İqtisadi siyasətində ABŞ-ın xarici borclarını minimuma endirmək dominantlıq edən Romneyin insan haqları, Amerika vətəndaşlarının sosial rifahının gücləndirilməsi və xarici siyasətlə bağlı proqramları maraqla qarşılanıb.

Romney hər çıxışında "Obama sözünün üstündə durmadı, Amerikanı məğlubiyyətə uğratdı. İqtisadiyyatı ancaq mən düzəldə bilərəm” mesajlarını verir.

Qurultayda prezidentliyə müəyyənləşəcək namizədin seçki platformasi üzərində işlər aparılacaq.

Amerika prezidenti Barak Obamanın namizədliyi isə Demokratlar Partiyası tərəfindən gələn həftə Qərbi Karolina şəhərində élan ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!