28 Avqust, 2012
İlham Əliyev Belarusda

Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri başlayıb

Simsar.az-ın BELTA agentliyinə istinadən məlumatına görə, Minsk hava limanında Azərbaycan prezidenti belaruslu həmkarı Aleksandr Lukaşenko tərəfindən qarşılanıb. Rəsmi qarşılama mərasimindən sonra dövlət başçıları arasında qısamüddətli söhbət olub.

Bu gün iki ölkə prezidentinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçiriləcək. Tərəflər bütün sahələr üzrə ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!