28 Avqust, 2012
İsrail F-16-ları Qəzzanı bombalayır

İsrail hərbi təyyarələri iki fərqli yerə 6 mərmi atıb

İsrailə məxsus F-16 təyyarələri Qəzzaya iki istiqamətdə hücum edib. Simsar.az-ın Türkiyə mətuatına istinadən məlumatına görə, İsrail hərbi təyyarələrinin iki fərqli yerə 6 mərmi atdığı bildirilir. Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, bombardman nəticəsində ölən və yaralanan olmayıb.
Mərmi ilə vurulan binalardan birinin Qəzzanın şimalında yerləşən və əvvəllər Fələstinin Milli Təhlükəsizlik Nazirliyinin binası olduğu xəbər verilir.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!