28 Avqust, 2012
Azərbaycan Serbiya ilə hərbi əməkdaşlığa başlayır

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov Serbiyanın müdafiə naziri Aleksandr Vuçiçlə görüş keçirib

Simsar.az-ın Serbiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub. Tərəflər bu inkişafda, eləcə də siyasi-iqtisadi əlaqələrin möhkəmlənməsində maraqlı olduqlarını söyləyərək hərbi-texniki və hərbi-tibb sahəsində əməkdaşlığı gücləndirmək qərarına gəliblər. 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!