28 Avqust, 2012
FİFA prezidenti Azərbaycana gəlir

Bununla bağlı AFFA-ya FIFA-dan rəsmi məlumat daxil olub.


FIFA-nın prezidenti Yozef Blatter FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində iştirak edəcək. Simsar.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı AFFA-ya FIFA-dan rəsmi məlumat daxil olub.

Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimi sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!