16 Avqust, 2012
Azərbaycan yığması Bəhreyni darmadağın etdi

Futbol üzrə Azərbaycan milli komandası Bəhreyn yığmasını yoldaşlıq görüşündə darmadağın edib. 

Simsar.az-ın məlumatına görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilmiş matçda millimiz böyük hesabla qalib gəlib – 3:0. 

Oyun komandamızın aşkar üstünlüyü şəraitində keçib. 35-ci dəqiqədə künc zərbəsindən sonra Branimir Subaşiç başla topu rəqib qapısına vurub. 59-cu dəqiqədə isə Cihan Özkara bəhreynli müdafiəçilərin kobud səhvindən sonra fərqi artırıb. Oyunda son nöqtəni 79-cü dəqiqədə Cavid Hüseynov qoyub. O, Rizvan Umarovun cinah ötürməsindən sonra qapıçından qayıdan topu tora göndərib. Kapitan Rəşad Sadıqov isə 34-cü dəqiqədə penaltidən yararlana bilməyib. Onun zərbəsini rəqib qapıçı qaytarıb. 

 

Yığmamızın baş məşqçisi Berti Foqts start heyətində Kamran Ağayev, Elnur Allahverdiyev, Branimir Subaşiç, Rauf Əliyev, Rəşad Sadıqov (kapitan), Ruslan Abışov, Vüqar Nadirov, Maksim Medvedev, Rahid Əmirquliyev, Cavid Hüseynov və Əli Gökdəmirə yer verib. İkinci hissədə Cihan Özkara, Ufuk Budak, Rizvan Umarov, Aleksandr Çertoqanov və Vaqif Cavadov da oyuna daxil olub. 

 

Qarşılaşma isti hava şəraitində baş tutub. Gürcüstanlı baş hakim George Vadaçkoriaisti hava şəraiti ilə əlaqədar hər iki hissədə futbolçulara su içmək üçün fasilə verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!