16 Avqust, 2012
İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycanla Rusiya Federasiyasının hərbi sənaye sahəsindəki əməkdaşlığı müzakirə olunub

Azərbaycan prezidenti İlham Əliyev avqustun 15-də Rusiya Federasiyası hökuməti sədrinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Simsar.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dmitri Roqozin prezident Vladimir Putinin və baş nazir Dmitri Medvedevin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sənaye sahəsində uğurla inkişaf etdiyi vurğulandı, bu sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dmitri Roqozinin Azərbaycana səfərinin əməkdaşlığımızın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçısı prezident Vladimir Putinin və baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Federasiyasının prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!