15 Avqust, 2012
Orxan Pamuk daha bir mükafat aldı

Çində ən çox oxunan əcnəbi Pamukdur

Nobel mükafatlı yazar Orxan Pamuk Çinin nüfuzlu media qurumlarından olan  “Nanfang Daily Media Group” tərəfindən keçirilən  "2012 Cənubi Çin Beynəlxalq Ədəbiyyat Həftəsi" müsabiqəsində “Çində ən təsirli beynəlxalq yazar” mükafatının sahibi olub.

Müsabiqə zamanı Pamukun "Saf və düşüncəli romançı" adlı kitabı ilk dəfə Çin dilində nəşr olunacaq. 

Çində ən çox oxunan xarici yazar O.Pamukdur.  Onun "Məsumiyyət muzeyi” əsəri Çində ən çox oxunan xarici kitabdır.  Onun "Mənim adım qırmızı" kitabı Çində 500 min tirajla satılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!