15 Avqust, 2012
Marsdakı dağları fəth etmək üçün xəritə çəkiləcək

Marsa yeni enən “Curiosity” kosmik aparatının yerə göndərdiyi fotolar üzərində çalışmalar aparılır


NASA mütəxəssisləri Marsdakı dağları fəth etmək üçün xəritə çəkməyə başladıqlarını açıqlayıb. Simsar.az-ın hurriyet.com.tr-yə istinadən məlumatına görə, xəritə Marsa yeni enən “Curiosity” kosmik aparatının yerə göndərdiyi fotolar üzərində çalışmalar aparılır. “Curiosity” layihəsinin rəhbəri Ashvin Vasava bildirib ki, daşlıq bölgələrdən keçmək asan olsa da, Sharp dağına yaxınlaşdıqca hərəkət etmək çətinləşir. Vasavada vurğulayıb ki, hələ ki, düşdüyü yerdən tərpənməyən “Curiosity” tərpəndikdən sonra gün ərzində bir futbol meydançası qədər yol qət edəcək. Bununla da dağa çatmaq bir il vaxt aparacaq.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!