15 Avqust, 2012
Çin Suriyaya görə qərb ölkələrini ittiham edir

.


Çin Kommunist Partiyasının rəsmi orqanı olan Xalqın Gündəliyi qəzeti qərb ölkələrini tənqid edən məqalə yayımlayıb. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məqalədə qərb ölkələri Suriyada rejimi dəyişdirməyə çalışmaqda və müxalifət qüvvələrini daha çox dəstəkləməkdə ittiham olunur.
Məqalədə qeyd olunur ki, Çin Suriya probleminin siyasi yollarla həll edilməsinin tərəfdarıdır. Çin qərb ölkələrini uçuşun qadağan olunduğu bölgə yaratmaqla bağlı müzakirələri nəticəsində Kofi Annanın apardığı sülh çabalarını baltalamaqda ittiham edir.
Məlumat üçün bildirək ki, Suriya prezidenti Bəşər Əsədin xüsusi nümayəndəsi Buseyna Şaban ötən gün Çinə səfər edib. Səfərin təfərrüatları ilə bağlı məlumat verilməyib.
Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!