15 Avqust, 2012
Elnura böhtan atdılar


“Savab işdən heç vaxt reklam üçün istifadə etməmişəm”

Bu günlərdə İspaniyadan istirahətdən dönən populyar müğənni Elnuru bərk qəzəbləndiriblər. Müğənni bu barədə simsar.az saytına danışdı. Bildirdiyinə görə istirahət zamanı bir nəfər ona telefon açıb və xeyriyyə tədbirinə dəvət edib. O isə İspaniyada olduğunu və gələ bilməyəcəyini bildirdikdə müğənninin nüfuzunu ləkələmək üçün haqqında xoşagəlməz şayiə yayıblar. Guya Elnur xeyriyyə tədbirində iştirak etmək ümün ona telefon açan xanımdan qonorar istəyib. “Haqqımda bu xəbəri yayan insan gərək utansın. Mən savab işdən heç vaxt reklam üçün istifadə etməmişəm. Hətta olub ki, hansısa xeyriyyə tədbirinə gəlməyim üçün məni şirnikdirərək deyiblər ki, çəkiliş olacaq. Bu cür şirnikdirənlər də mən tərəfdən öz cavablarını alıblar”-deyən Elnur, ona böhtan atanlardan narazılıq edir.

Azər

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!