15 Avqust, 2012
PKK girov götürülən millət vəkilindən nə istəyib?

Hüseyn Aygün: "Gedərkən sarıldılar, öpdülər. "Səndən dəstək istəyirik" dedilər

Bir neçə gün öncə PKK tərəfindən qaçırılan və təxminən 48 girov saxlandıqdan sonra azad edilən CHP millt vəkili Hüseyn Aygün mətbuata açıqlamalar verib.

H.Aygünün açıqlamalarında sitatlar: "Onlar bu hərəkət vasitəsilə ictimaiyyətə barış və atəşkəsə mesajı vermək istədiklərini söylədilər. Məndən parlamentdə kürd probleminin həlli, atəşkəsin təmin edilməsi üçün boynuma daha çox rol götürməyimi xahiş etdilər"; . "Gördüyüm bu oldu ki, dağdakı 18-25 yaş arası  gənclər evlərinə geri dönmək və bu mənasız döyüşün sona çatmasını istəyirlər". "Mənə istiqamətli hər hansı bir təhdid olmadı. Son dərəcə hörmətli və anlayışlı bir rəftar gördüm. Axan qanın dayanması üçün ümumiyyətlə CHP-dən, xüsusilə də məndən Dərsim vəkili olaraq daha çox səy göstərməmi istədilər"; "Yolumuzu kəsən qrup məni tanıyırdı. Mənə qarşı hər hansı bir güc tətbiq edilmədi"; "Mənim də aşiq olduğum Dərsim dağlarında iki gün qaldıq. Amma heç kim dağa çıxmasın, heç kim ölməsin. Təşkilat mənsubları doğrudan Bahoz Ərdal ilə görüşürdü. Bahoz Ərdal şəxsən təhlükəsizliyimin təmin edilməsi və ən qısa zamanda buraxılmağım üçün təlimat verdi"; "Gedərkən sarıldılar, öpdülər. "Səndən dəstək istəyirik" dedilər. Mən də onlara dəstək verəcəyimə, sülhün təmin edilməsi üçün söz verdim".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!