15 Avqust, 2012
Yardım adı ilə dilənənlər həbs edilib


Bakıda saxta yardım komitəsi tapıldı

Simsar.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edib ki, Göyçay şəhər sakini Elnur Fərzəliyev, Bakı şəhər sakini Lida Mirzəliyeva və Ruzi Abıyev, Yasamal rayonu ərazisində qanunsuz olaraq Dövlət Yardım Komitəsi təşkil edib, aztəminatlı ailələrə yardım etmək adı ilə 1983 vətəndaşı aldadaraq, hər birindən 2 manat pul alaraq (cəmi 3966 manat) mənimsəyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!