15 Avqust, 2012
Qəzetin baş redaktoru dəyişdi


Mark Tompson BBC-dən ABŞ-ın ən tirajlı qəzetinə transfer olunub

London Yay Olimpiya Oyunlarından sonra vəzifəsindən gedəcəyi açıqlanan BBC-nin baş direktoru Mark Tompson dünyanın ən nüfuzlu qəzetlərindən biri, ABŞ-da yayımlanan “The New York Times”ın rəhbəri olacaq. Tompsonun “The New York Times”ın rəhbəri olacağı dünən qəzetin daxil olduğu şirkətlər qrupunun saytında yayımlanan açıqlamada bildirilib. O, vəzifəsinin icrasına bu ilin noyabrında başlayacaq.

Açıqlamada deyilir ki, idarə heyəti Mark Tompsonun BBC-də əldə etdiyi təcrübə “The New York Times”a yeni uğurlar qazandıracaq. “The New York Times” şirkətinin başçısı Artur Sultsberqer Tompson eyni zamanda idarə heyətinin tərkibində də olacağını bildirib. Əlavə edək ki, “The New York Times” keçmiş rəhbəri Canet Robinson ötən ilin dekabrında vəzifəsindən getmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!