15 Avqust, 2012
Manatın dizaynı dəyişdirilir


Mərkəzi Bankın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, milli valyutamızın  dizaynı və mühafizəsi daha da təkmilləşdiriləcək.

Manatın dövrüyyəyə buraxılmasının 20 illiyi münasibətilə yaydığı məlumatda bildirilir ki, Mərkəzi Bank milli valyutada pul nişanlarının etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verən növbəti nəsil pul nişanlarının dizayn və mühafizə fəlsəfəsinin hazırlanması ilə əlaqədar müvafiq layihənin icrasına başlayıb.

Xatırladaq ki, hazırda tədavüldə olan pul nişanları 2006-cı ildən, denominasiya nəticəsində tətbiq edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!