15 Avqust, 2012
«Walt Disney»də dini ayrı-seçkilik

Müsəlman qadının hicab taxmasına icazə verilməyib

Dünyanın məşhur əyləncə və media şirkəti olan «Walt Disney»in adı dini ayrı-seçkilikdə hallandırılır. Simsar.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iddia ABŞ-da yaşayan müsəlman bir qadın tərəfindən qaldırılıb.
Kaliforniya ştatındakı «Disneyland»də ofisant işləyən 28 yaşlı İmane Boudal hicab taxması üçün izn istəyib. Şirkətin rəhbərliyi isə bu halda ona müştərilərlə təmasda olmayacağı bir işə keçməsini təklif ediblər. Bunu qəbul etmədiyi halda isə işdən qovulub. Yaranan qalmaqal nəticəsində Boundala çirkin ləqəblər qoyulduğu da bildirilir.
Dini ayrı-seçkilikdə günahlandırılan «Walt Disney»dən isə bildirilib ki, şirkət hər zaman işçilərin dini tələblərinə fərq qoymadan, onlara hörmətlə yanaşıb.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!