XXX London Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.
Simsar.az saytının məlumatına görə, yarışda Azərbaycanı 4 il öncə Pekində olduğu kimi yenə Aliyə Qarayeva təmsil edəcək.
Çoxnövçülük üzrə keçiriləcək yarışın ilk günü gimnastlar 2 hərəkətdə bacarıqlarını nümayiş etdirəcəklər. 24 idmançının qatılacağı təsnifat mərhələsində 24 yaşlı Avropa çempionumuz əvvəlcə həlqə ilə nəyə qadir olduğunu göstərəcək. O, xalçaya 15-ci çıxacaq.
Daha sonra Qarayeva topla kompozisiyasını təqdim edəcək. Gimnastımız burada 16-cı nömrə kimi yarışa qoşulacaq.
Mübarizəyə saat 16:00-da start verilib.
Qeyd edək ki, 1 gün sonra gimnastlar gürz və iplə hərəkətləri icra edəcəklər. Burada Aliyə xalçaya müvafiq olaraq, 3-cü və 4-cü çıxacaq. Təsnifat mərhələsinin yekununa əsasən isə 10 idmançı finala yüksələcək. Qaliblər avqustun 11-də bilinəcək.