7 Avqust, 2012
Suriyada rejim daxildən parçalanır

Baş nazirin öılkədən qaçması Əsədin sayılı günlərinin qaldığını göstərir 

Suriya baş naziri Riad Hicabın ailəsi ilə birgə İordaniyaya planlaşdırılmış qaçışı prezident Bəşər Əsəd rejiminin çökməyə başladığını göstərir.

Ağ Evin mətbuat katibi Jay Carney bildirib ki, «Assad rejimi daxildən parçalanır» və Əsədin sayılı günlərinin qaldığını güman edir.

Fransanın XİN isə deyib ki, baş nazirin Suriya üsyançılarına qoşulması sübut edir ki, rejim «silahlı zorakılığı seçdiyindən» dəstəyi itirir.

Sünni müsəlman olan Riad Hicab prezident Əsədin Baz partiyasının uzun müddət tərəfdarı olub.

Ancaq onunla birgə qaçan köməkçisi bildirib ki, Hicab 2 aydan artıq idi qaçmağı planlaşdırırmış. Belə ki, həmin vaxt prezident Əsəd ona ya baş nazir postunu seçməlisən, ya da ölməlisən demişdi.

Analitiklər hesab edir ki, Hicabın qaçışı Əsəd rejimində ciddi tənəzzülə səbəb olacaq.

Keçmiş kənd təsərrüfatı naziri Riyad Hicab bu il iyunun 23-də Baş nazir vəzifəsinə təyin edilmişdi. İndiyə qədər prezident Bəşər Əsədin komandasını çox sayda məmur tərk etsə də ilk dəfədir ki, baş nazir kimi ali vəzifə tutan bir adam da ondan üz döndərir.

Bu arada ötən gün axşam Suriya hakimiyyəti keçmiş baş nazirin istefaya göndərilməsindən sonra kiçik iclas keçirib. Rəsmi məlumata görə, iclas baş nazir postuna təyin olunmuş Omar Galavanjinin rəhbərliyi ilə keçirilib.

Son 2 ilə yaxın müddətdə Suriyada rejimin istefasını tələb edən müxalifət qüvvələri ilə hakimiyyət arasında toqquşmalarda insan haqları fəalları 20 minə yaxın adamın həlak olduğunu bildirirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!