7 Avqust, 2012
İddia: türk ordusu Suriyaya girib

Yaxın Şərq mətbuatı Türkiyə ordusunun 1 helikopter və 15 hərbi maşınla Suriyanın kürd bölgəsi olan Kobaniyə girdiyini yazıb. 




Simsar.az-ın məlumatına görə, Şimali İraqdakı kürd mətbuatı isə məlumatı təsdiq etməyib.

Kürd mətbuatında əsgərlərin Kobani yaxınlığındakı Cerablusa girdiyi və Türkiyə ərazisi sayılan Caber qalasında növbə dəyişikliyi etdiyi bildirilib.

Qeyd edək ki, 1921-ci ildə Fransa ilə Türkiyə arasında imzalanan Ankara müqaviləsinə görə, Suriya sərhədləri daxilindəki türbə və qalalar Türkiyə ərazisi sayılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!