7 Avqust, 2012
Kişilərdə diqqət yaradan, arvadlarda dır-dıra son qoyan dərman

Hormonal sprey iki ciddi problemi bir dəfədə həll edəcək

İsveçrə alimləri ər və arvadın bir-biriləri ilə dil tapmalarını asanlaşdıran hormonal sprey kəşf ediblər. Yeni kəşfin eyni zamanda seksual aktivliyi artırmaq baxımından da əlverişli olduğu deyilir.

Preparatın başlıca elementini oksitosin təşkil edir. Onu isə incəlik, etimad və sədaqət hormonu adlandırırlar. Bu hormon kişiləri daha diqqətli və nəzakətli, qadınları isə sakit və üzüyola edir. O seksual aktivliyi artırmaqla yanaşı, ana ilə körpə arasındakı emosional əlaqəni də tənzimləyir. Təsadüfi edyil ki, qadınlarda oksitosin daha çox doğuş zamanı və körpəni əmizdirərkən yaranır. Adi adamlara gəlincə, insan beynində həmin maddənin aktivliyi bir qayda olarkən sevgi müddətində olduqca güclü olur.

Yeni preparatın Surix Universitetindəki sınağı zamanı cütlüklərə həyatlarının ən münaqişəli anlarını xatırlamağı xahiş ediblər. 45 dəqiqədən sonra isə onlara sprey verilib. Təcrübə göstərib ki, onlar preparatı qəbul etdikdən sonra bir-birilərinə çox qayğıkeş yanaşıblar. Alimlər spreyin gündə iki dəfə qubulunu məqbul sayırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!