7 Avqust, 2012
İranlı general Türkiyəni təhdid etdi

Firuzabadi Türkiyə, Səudiyyə Ərəbistanı və Qətəri ittiham edib

Suriya ilə bağlı gələn həftə Tehranda bir toplantı keçirməyi planlaşdıran İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi vasitəsilə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətəri ittiham edib. 


"TRT Azərbaycan"ın yaydığı xəbərə görə, İnqilab Keşikçilərinin internet saytına açıqlama verən Firuzabadi bu üç ölkənin Suriyada qan tökülməsinə görə məsuliyyət daşıdığını deyib.

Firuzabadi "Böyük şeytanın (ABŞ) müharibə planlarına kömək etmək Suriyaya qonşu ölkələr üçün doğru təməl deyil. Əgər onlar bu təməllə hərəkət edirlərsə, o zaman bilməlidirlər ki, növbəti dəfə növbə Türkiyə və digər ölkələrə gələcək" deyə Türkiyəni açıq şəkildə təhdid edib.

İran ordusunun rəhbəri Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərdəki "dostlara" "Əl Qaidə" terroru kimi bir terrorun yayılması ilə bağlı xəbərdarlıq etdiyini də dilə gətirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!