7 Avqust, 2012
Marsdan ilk fotolar

“Kuriositi” adlı robot bu gün Marsa çatlb 

ABŞ-ın Beynəlxalq Aerokosmik Agentliyinin (NASA) Kaliforniyadakı “Jet Tahrik” Laboratoriyasındakı mərkəzdə çalışanlar motorlu kamera Marsa enincə sevincdən göz yaşlarını saxlaya bilməyiblər.

Son dərəcə mükəmməl olan “Kuriositi”nin 12-dən artıq kamerası, meteoroloji stansiyası, dadbilmə və iybilmə xüsusiyyətləri var. Qurğu Marsda hayatın olub-olmayacağını araşdıracaq.

Radioaktiv platinumun parçalarından ibarət olan, istidə işləyə bilən, 900 kiloqramlıq “Kuriositi” özü hərəkət etmək bağarığına malikdi.

Qurğu Marsla Yer arasındakı 14 dəqiqəlik siqnal fərqi üzündən “Earthlings” kompyuterin heç bir rolu olmadan Marsa enib.

Qurğu saatda 2,74 kilometr sürətlə havada hərəkət edib. 570 milyon kilometrlik yol qət edən robot Marsın atmosferinin ilk təbəqələrinə girəndən sonra paraşütlərini açaraq, sərbəst hərəkətə keçib.

Qurğunun hazırlanmasına və Marsa göndərilməsinə 2.5 milyard dollar pul xərclənib.

“Kuriositi”nin ilk işi Marsda karbon qazı axtarmaq olacaq. Həyat üçün lazım olan su və istilik bu günə qədər tapılıb. Amma karbon qazına rast gəlinməyib. Astroloqların bu qurğuya ümidləri böyükdür.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!