7 Avqust, 2012
Kanoeçilərimiz ilk mərhələni lider kimi başa vurdular - Yenilənib

Komandamız birbaşa finala vəsiqə qazandılar

Bu gün London Olimpiadasında Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ilk sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, böyük ümidlər bəslənilən idmançılarımız 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə özlərini doğrultmağa çalışacaqlar.

Onların çıxış edəcəkləri məsafədə 12 duet 2 qrupa bölünüb. İkinci “altılıq”da yer alan kanoeçilərimizin rəqibləri Nelson Henrikes – Fortunato Pakavira (Anqola), Sergey Torres – Xose Karlos Bulnes (Kuba), Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Erlon Silva – Ronilson Oliveyra (Braziliya) olacaq.

Mübarizəyə Bakı vaxtı ilə saat 13:46-da start veriləcək. Seçmə yürüşlərdə hər qrupda ilk yeri tutan duetlər birbaşa əsas finala yüksələcəklər. Qalan 10 cütlük yenidən 2 qrupa bölünəcək və həmin gün saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar.

Qeyd edək ki, Bezuqlıy – Prokopenko dueti Londonda mübarizə aparmaqla Azərbaycanın Olimpiada tarixində yeni səhifə açacaq. Çünki yığmamız hələ bu növdə Olimpiya Oyunlarına qatılmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!