7 Avqust, 2012
ABŞ-ın İran planı açıqlandı

İsrail mətbuatı 4 bəndlik plandan yazdı 

İranın nüvə proqramının dayandırılması üzrə aparılan danışıqlar fayda verməyincə ABŞ yeni variantlar üzərində baş sındırmağa başlayıb. İsrailin «Maariv» və «Yedioth Ahronoth» qəzetlərinin məlumatlarına görə, ABŞ-ın İranla bağlı planları aşağıdakı kimidir.

1. ABŞ İranın nüvə anbarlarını və hərbi bazalarını kəşfiyyat raketləri vasitəsilə vuracaq.
2. Kəşfiyyat raketlərdən sonra İranın hərbi hava qüvvələri bombalanacaq. B-52 bombardman təyyarələri İranın hərbi hava qüvvələrini məhv edəcək.
3. İranın hərəkətlərinə uyğun olaraq hərbi həmlələrin davamlı olub-olmaması barədə qərar veriləcək.
4. ABŞ İrandan nüvə proqramlarına son qoymağı tələb edəcək.

Başqa məlumatlara görə, ABŞ İranın əsas iqtisadi dayaqları olan neft quyularını da bombalayacaq.

Qeyd edək ki, bu kimi xəbərlər daha öncə də yayılıb. Hətta ABŞ prezidenti Bark Obama ilə İsrailin baş naziri Netenyahu arasında İrana qarşı hərbi həmlələrlə bağlı razılıq əldə olunması barədə yazılar dərc olunmuşdu. Amma qısa müddət sonra həm Təl-Əviv, həm də Ağ Ev rəsmiləri məlumatları yalanlayıb.

RAMİL



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!