7 Avqust, 2012
3 gün bayram olacaq


Avqustun 19-u bazar gününə (qeyri-iş günü) təsadüf etdiyi üçün ayın 21-i də qeyri-iş günü hesab olunur

Ramazan bayramı münasibəti ilə avqustun 19-u və 20-si qeyri-iş günləridir. Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 19-u bazar gününə (qeyri-iş günü) təsadüf etdiyi üçün ayın 21-i də qeyri-iş günü hesab olunur. 

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 dekabr 2011-ci il tarixli qərarına əsasən avqustun 19-u və 20-si Ramazan bayramı, oktyabrın 25-i və 26-sı Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!