7 Avqust, 2012
Taekvandoçularımızın rəqibləri bəlli oldu

Olimpiadanın taekvondo yarışları isə ayın 8-dən 11-dək davam edəcək

London olimpiadasında Azərbaycan taekvondoçularının 1/8 finalda rəqibləri məlum olub. Bu barədə Simsar.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Reytinqdə birinci olan Ramin Əzizov (-80 kq) ilk döyüşünü 2 qat Olimpiya çempionu və bürünc mükafatçısı, eləcə 5 dəfə dünya çempionu, yarışın favoritlərindən sayılan 33 yaşlı amerikalı idmançı Stiven Lopeslə keçirəcək.
Digər taekvondoçumuz Fəridə Əzizova isə kanadalı Karin Sergeri ilə görüşəcək.
İdmançılarımızın hər ikisi döyüşlərini avqustun 10-da keçirəcəklər. Olimpiadanın taekvondo yarışları isə ayın 8-dən 11-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!