7 Avqust, 2012
Əli Əkbər Salehi Türkiyədə

İran xarici işlər naziri Əli Əkbər Salehi bu gün Türkiyəyə səfər edib

Simsar.az xəbər verir ki, Əli Əkbər Salehi Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək. İranlı nazir Suriyadakı hadisələrlə yanaşı 48 şiə zəvvarın geri qaytarılmasını həmkarı ilə müzakirəyə çıxaracaq.
İran Suriya paytaxtı Dəməşqdə qaçırılan zəvvarların geri qaytarılması üçün Türkiyədən yardım xahiş edib.. Salehi iranlı zəvvarların azadlığa buraxılması üçün Türkiyənin səylərini ortaya qoymasını xahiş edib. Davudoğlu bu məsələdə həmkarına “hə” deyib.

Əlavə edək ki, 48 iranlı zəvvar Dəməşqdən aeroporta gedərkən onların əyləşdiyi avtobus silahlı şəxslərin hücumuna məruz qalıb. Xatırladaq ki, Suriya rejimini dəstəklədiyi üçün İran vətəndaşları bu ölkədə tez-tez hücumlara məruz qalır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!