30 İyul, 2012
Ay ərzində Bakıda 61 nəfəri gün vurub

Müraciət edənlərdən 15 nəfəri xəstəxanaya yerləşdirilib

İyun ayının ilk günlərindən bu günə qədər Bakıda günvurma ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 61 nəfərə çatıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini Zemfira Vahidova ANS PRESS-ə açıqlamasında bildirib ki, müraciət edənlərdən 15 nəfəri xəstəxanaya yerləşdirilib.

Son iki gün ərzində günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edənlərin sayı 5 nəfər olub. Onlardan biri xəstəxanaya yerləşdirilib, qalanlarına isə tibbi yardım göstərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!