30 İyul, 2012
Dövlət Sərhəd Xidmətində oxumaq istəyənlərin nəzərinə

I ixtisas qrupunda 150-dən yuxarı bal toplayanlar 4 avqustadək sənədlərini DSX-yə təqdim edə bilərlər

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmi müraciətinə əsasən, 2012-2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış abituriyentlərin Dövlət Sərhəd Xidmətinin Akademiyasının boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə “Uçuş mühəndisliyi”, “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” və “Mexanika mühəndisliyi” ixtisasları üzrə aparılacaq. Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq arzusunda olan namizədlər iyulun 30-dan avqustun 4-dək tələb olunan sənədlərlə DSX aparatının inzibati binasına müraciət edə bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!