30 İyul, 2012
Rejissor Ədalət Ziyadxanov palataya köçürülüb

Onun ürəyində yüngül işemiya olub


Bir neçə gün öncə Azərbaycanın tanınmış teatr rejissoru Ədalət Ziyadxanov ağır vəziyyətdə Fuad Əfəndiyev adına 4 nömrəli xəstəxanaya yerləşdirilib. Rejissorun tələbələrinin Simsar.az-a verdiyi məlumata görə rejissorun səhhətinin ağırlaşmasına səbəb ürəyində yaranan yüngül işemiya olub. 2 gün reanimasiyada qalan Ziyadxanov nəhayət ki, palataya köçürülüb və səhhəti normallaşmaq üzrədir.

Xatırladaq ki, Ədalət Ziyadxanov uzun müddət Şəki, Ağdam və Bakı Bələdiyyə teatrlarında rejissor və baş rejissor vəzifələrində çalışıb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən rejissor Ziyadxanov keçən il rəhbərliklə mübahisə etdiyinə görə iş yerindən uzaqlaşdırılıb"

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!