28 İyul, 2012
Dostluq, sədaqət belə olar – VİDEO

Heyvanlar arasında ən səmimi, möhkəm dostluq münasibəti canavarlar arasındadı

Ən səmimi dostluğun heyvanlar arasında olduğunu söyləməklə yeni kəşfə imza atmış olmarıq. Heyvanların bir-birlərinə və hətta insanlara sədaqəti insanlar arasındakı sədaqətdən daha güclüdür. Amerika zooloqları hesab edirlər ki, heyvanlar arasında ən səmimi, möhkəm dostluq münasibəti canavarlar arasındadı. Dostlarına böyük qiymət, dəyər verən canavarlar münsaibətləri ölənə qədər qoruyub saxlayır və heç bir halda küsülü qalmırlar. Aşağıdakı videoda təqdim etdiyimiz sujet buna əyani misaldı. İnsanlar arasında xəyanətin, yaltaqlığın, mənəm-mənəmliyin, lovğalığın, qəddarlığın və.s. mənfi keyfiyyətlərin artdığı bir zamanda bu videoya baxmaq yerinə düşər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!