28 İyul, 2012
Dönərdən zəhərlənmələr artır


Ötən gün təcili yardıma qida zəhərlənməsi ilə 2 müraciət daxil olub

Bakıda bir nəfər dönərdən zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Simsar.az-a verilən məlumata görə, ötən gün təcili yardıma qida zəhərlənməsi ilə 2 müraciət daxil olub. Onlardan biri dönərdən, biri isə qarışıq qidadan zəhərlənib. Zəhərlənənlərin hər iksi xəstəxanaya yerləşdirlib.

Qeyd edək ki, bir neçə gün öncə dönərdən 3 nəfər televiziya işçisi də zəhərlənmişdi.

Ötən gün, həmçinin günvurma ilə bağlı stansiyaya 2 müraciət daxil olub. Hər iki fakt Xətai rayonunda qeydə alınıb. 18 yaşlı qıza və 33 yaşlı kişiyə evdə ilkin tibbi yardım göstərilib.

İyulun 27-də isə bir nəfər suda boğulub. Suda boğulma faktı Türkan çimərliyində qeydə alınıb. 70 yaşlarında şəxsiyyəti naməlum olan kişi meyidi sudan çıxarılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!