26 İyul, 2012
Sabah hava necə olacaq?

İsti temperatur diskomfor şərait yaradacaq

İyulun 27-dən 29-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!