26 İyul, 2012
Cənnət Səlimovanı vəzifəsindən kənarlaşdırıblar

Onun yerinə Bəhram Osmanov təyin olunub 

Gənc Tamaşaçılar Teatrına yeni baş rejissor təyin olunub. Simsar.az-a daxil olan məlumata görə, tanınmış rejissor, “Şöhrət” ordenli. Xalq Artisti Cənnət Səlimova sözügedən vəzifədən kənarlaşdırılıb. Onun yerinə Əməkdar İncəsənət Xadimi, rejissor Bəhram Osmanov təyin olunub.

C.Səlimova isə teatrda fəaliyyətini rejissor kimi davam etdirəcək.

Xatırladaq ki, teatrdaxili qalmaqallardan sonra Cənnət Səlimovanın baş rejissorluqdan çıxarılacağı ilə bağlı söz-söhbətlər gəzirdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!