26 İyul, 2012
Rektor xəstələrin nə üçün xaricə üz tutmasından danışdı

Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov: “Son illər dünyada geniş yayılmış «xəstə turizmi» deyilən dəbə düşmüş proses var"



Ona görə də, bir ölkədən digərinə müalicə üçün gedənlərin sayı çoxdur. Amma bu o demək deyil ki, Azərbaycanda səhiyyə sahəsi inkişaf etməyib». APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov bildirib.

Ə. Əmiraslanov Azərbaycanda mütəxəssis olmaması barədə fikirləri yanlış adlandırıb: “Kiminsə imkanı böyükdür və müalicə üçün xaricə gedirsə, onun qarşısını ala bilmərik. Hətta onu deyim ki, başqa ölkələrdə əməliyyat olunmuş xəstələrdə xarici mütəxəssislərin buraxdığı səhvləri tez-tez görürük. O səhvləri düzəltdiyimizə dair o qədər misal gətirə bilərəm ki. Bu, həkim sirri olduğu üçün açmaq istəmirik, amma xüsusilə qonşu ölkələrdə elə səhvlər edirlər ki, bu da insana həyatı bahasına başa gəlir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!